Yeni Zelandiyada blattofobiya - tarakan qorxusu olan xanım sürücü ağır yol qəzası törədib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sürücü hərəkət zamanı qəfildən yolun əks zolağına keçib və qarşıdan gələn 2 maşınla toqquşub.
O, polisə izahatında maşının görüntü panelində tarakanın peyda olmasından qorxuya düşdüyü üçün qəza törətdiyini bildirib.
Qəza nəticəsində maşınlardan birinə yüngül zərər dəysə də, ikinci ilə qarşı-qarşıya baş verən toqquşma nəticəsində maşının 2 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Modern.az