Modern.az

Azərbaycanlı deputatlar İtaliyada dini mövzuda konfransa qatılacaq

Azərbaycanlı deputatlar İtaliyada dini mövzuda konfransa qatılacaq

Təhsil

9 Dekabr 2014, 17:37


Dekabrın 10-da Romada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçiriləcək.
Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Əli Hüseynli, Azər Kərimli, Qüdrət Həsənquliyev, Mixail Zabelin və Yevda Abramov iştirak edəcəklər. Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və İtaliya Senatının dəstəyi ilə Azərbaycan Milli Məclisi tərəfindən təşkil edilmiş bu konfransda islam ənənələri mövcud olan dövlətlərdə müsəlmanların, xristianların və yəhudilərin birgə yaşayışı ilə bağlı hazırkı vəziyyət barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycan, İtaliya, Vatikan Dövləti və digər ölkələrin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat müəssisələrinin və mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı