Modern.az

Futbolda bənzəri olmayan transfer: 3 xırdabuynuzlu heyvana oyunçu alındı

Futbolda bənzəri olmayan transfer: 3 xırdabuynuzlu heyvana oyunçu alındı

Təhsil

9 Dekabr 2014, 23:28

Manisanın 2-ci Həvəskar Liqa komandalarından “Çıkrıkçıspor” “Kotanspor”dan 24 yaşlı orta sahə oyunçusu Əhməd Eveni 3 xırdabuynuzlu heyvan qarşılığında transfer edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Turqutun Çıkrıkçı məhəlləsindəki klubda Əhməd Even üçün keçirilən imza mərasimində danışan “Çıkrıkçıspor” klubunun rəhbəri Ayxan Oğuz rayondakı futbol turnirində baxıb bəyəndikləri futbolçunu transfer etdikləri üçün xoşbəxt olduqlarını deyib. Əhməd Evenin onlara üstünlük verdiyindən məmnunluq duyduqlarını qeyd edən Oğuz deyib: “Ona güvənirik və inanırıq. Klubumuz üçün xeyirli-uğurlu olsun”.

Əhməd Even də “Çıkrıkçıspor”un uğuru üçün mübarizə edəcəyini bildirib: “Mənə güvənənləri peşiman etməyəcəyəm”.

Mərasimin ardından Əhməd Even transfer haqqı olaraq aldığı üç xırdabuynuzlu heyvanla klubdan ayrılıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı