Modern.az

Putin yeni müttəfiq AXTARIŞINDA: Özbəkistanla hərbi və iqtisadi əməkdaşlıq gücləndirilir

Putin yeni müttəfiq AXTARIŞINDA: Özbəkistanla hərbi və iqtisadi əməkdaşlıq gücləndirilir

Təhsil

10 Dekabr 2014, 10:39

Rusiya prezidenti Vladimir Putin Özbəkistanda səfərdədir. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Putin Özbəkistan prezidenti İslam Kərimovla bir sıra məsələləri, o cümlədən Rusiyaya verilən kənd təsərrüfatı məhsullarının həcminin artırılmasını müzakirə edəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ və Avropa Birliyinin Moskvaya tətbiq etdiyi sanksiyalarla əlaqədar Kreml Özbəkistandan idxal olunan  kənd təsərrüfatı məhsullarının artırılması istiqamətində addımlar atır.  

Onun sözlərinə görə Rusiya ilə Özbəkistan arasındakı maliyyə sahəsindəki əməkdaşlıqda durğunluq müşahidə edilməsini də prezidentlər müzakirə edəcək.  

Yuri Uşakov qeyd edib ki, Rusiya Özbəkistanı müasir hərbi texnika ilə silahlandırmaq istəyir: “Biz müasir hərbi texnikanın kredit şərtləri ilə Özbəkistana verilməsini də istəyirik”,-deyə Yuri Uşakov məsələnin detallarını tam olaraq açıqlamaqdan imtina edib.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı