Modern.az

İnfiniti “İlin Ən yaxsı Sedanı” mükafatının qalibi olub

İnfiniti “İlin Ən yaxsı Sedanı” mükafatının qalibi olub

Təhsil

9 Dekabr 2014, 17:07

* Q50 əzəmətli və effektiv görünüşə və dinamikliyə malik bu avtomobillər yarışda iştirak edən rəqiblərin və hakimlərin diqqətini cəlb edib.

* Avtomobillər üç müxtəlif mühərriklə istehsal olunur

o 2.0 litr Turbo versiya

o 3.7 litr mühərriklə sport versiya

o 3.5 litr Hibrid mühərriklə

2014-cü ilin aprel ayından təqdim olunduğu ilk andan etibarən genişmiqyaslı müvəffəqiyyət qazanan Infiniti Q50 Sedan avtomobilləri Dubay Meydan Beach Clubda 20 noyabr tarixində keçirilmiş Orta Şərqdə “İlin Ən yaxşı Sedanı” mükafatına layiq görülüb.

Gələcəkdə istehsal olunacaq premium tipli İnfiniti Sedan avtomobillərinin görünüşü baxımından Infiniti Q50 avtomobilləri öz müstəsna dizaynı, qabaqcıl texnologiyaları, performansı və avtomobilin işə salınmasında tətbiq olunan yeni standartları sayəsində bir çox beynəlxalq və regional mükafatlar qazanmışdır. Avtomobilin idarə olunmasında yeni texnologiyalar təklif edən Infiniti Q50 avtomobilləri dəbdəbə və yüksək performans axtarışında olan gənc nəsillər və Premium müştərilər üçündür.

İnfiniti Şirkətinin Orta Şərq nümayəndəliyinin İcraçı direktoru Juergen Schmitz qeyd etmişdir ki, Infiniti regionun ən sürətlə inkişaf edən avtomobil brendidir və Q50 markalı avtomobillərin bu inkişaf prosesində xüsusi rolu vardır.Q50 ən son texnologiya və yeni dizaynın vəhdətini özündə cəmləyən müştəri yönümlülüyü ilə İnfiniti yeni erasını təcəssüm etdirir. Biz “Ən Yaxşı Sedan” mükafatına layiq görüldüyümüzə görə olduqca şadıq belə ki, Q50 modelləri performansı sayəsində həyatın hər bir sahəsində hər kəsi ilhamlandırdığının ən bariz nümunəsidir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı