Modern.az

“Ermənistanda 15 siyasi məhbusun olması utancvericidir” - Keçmiş nazir

“Ermənistanda 15 siyasi məhbusun olması utancvericidir” - Keçmiş nazir

Təhsil

10 Dekabr 2014, 13:45



Ermənistan parlamentinin insan hüquqları və ictimai məsələlər üzrə komitəsinin iclasında çıxış edən müxalifətçi deputat Aleksandr Arzumayan siyasi məhbus problemindən danışıb. Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, keçmiş xarici işlər naziri, hazırda Erməni Ümummilli Hərəkatının üzvü olan Aleksandr Arzumanyan XXI əsrdə ölkəsində siyasi məhbusun olmasını utancverici hesab edib: “XXI əsrdə siyasi məhbus olması utancvericidir. Hazırda Ermənistanda 15 siyasi məhbus var. Sonuncu məhbus azad olunmayanba qədər biz bu məsələdə irəliləyişdən danışa bilmərik”.

O, sonda Ermənistan Baş Prokurorluğunu komissiyanın şikayət ərizələrinə baxmamaqda ittiham edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı