Modern.az

Naziri öldürdülər - FOTOLAR

Naziri öldürdülər - FOTOLAR

Təhsil

10 Dekabr 2014, 15:03

Qərbi Şeriada İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma olub. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə İsrail əsgərlərinin açdığı atəş nəticəsində həmin bölgədə olan Fələstinin ticarət naziri Ziyad Əbu-Əyn ölüb.

Digər məlumata görə fələstinli nazir Qərbi Şeriada səddlərin inşa olunmasına  qarşı təşkil olunan aksiyada iştirak edərkən İsrail əsgərləri onun sinəsinə ağır zərbə endiriblər. Eyni zamanda ona qarşı gözyaşardıcı qazdan da istifadə edildiyi bildirilir.

Bildirilir ki, yaralanan nazir xəstəxanaya götürülərkən yolda ölüb. 

Modern.az      
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı