Modern.az

Milli Elmlər Akademiyasında Qafqazşünaslıq İnstitutu yaradıldı

Milli Elmlər Akademiyasında Qafqazşünaslıq İnstitutu yaradıldı

Təhsil

10 Dekabr 2014, 17:03

AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilən növbəti iclasında qəbul olunub.

Modern.az  saytı xəbər verir ki, “AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə həvalə edilməsi haqqında” AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixli qərarının birinci bəndində akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.

AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi nəzərdə tutulan həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul edib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

Bundan əlavə akademiyada yeni Qafqazşünaslıq İnstitutu da yaradılıb.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı