Modern.az

Bakıda içməli suyun verilməsi məhdudlaşdırılacaq

Bakıda  içməli suyun verilməsi məhdudlaşdırılacaq

Təhsil

10 Dekabr 2014, 17:16

Bakının bəzi ərazilərinə suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq icra edilən “Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttindən birləşmənin verilməsi ilə əlaqədar 11 dekabr 2014-cü il tarixdə saat 00:00-dan 24 saat müddətinə Yeni Saray, Novxanı, Goradil, Pirşağı bağ massivlərinə, Mehdiabad və Digah qəsəbələrinin bir hissəsinə,  Fatmayı və Kürdəxanı qəsəbələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. 

Yaranacaq  narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı