
İtaliyanın Umbriya regionunda polis kalabriyski mafiyasından olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə onlarla şübhəli həbs olunub. Polis cinayət işində adı keçənlərin 30 milyon avrodan çox dəyəri olan əmlakını da müsadirə edib.
Polis Peruca, Roma, Krotone, Kozentsa, Aretso, Siyena, Ankona, Maçerata, Viterbo, Kazerta, Bolonya və Vareze şəhərlərində ümumilikdə 61 nəfəri saxlayıb. Şübhəlilərin bir neçəsi Almaniyada tutulub. 54 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 7 nəfərdən isə başqa yerə getməməklə bağlı iltizam alınıb.
Saxlanılanlar narkotik alverində və şantajda, valyuta fırıldaqlarında, korrupsiya, dələduzluq, həmçinin sutenyorluqda təqsirli bilinirlər.
Polisin versiyasına görə, tutulanlar Farao-Marinkola Çiro (Krotone rayonu) mafiya qruplaşması ilə əlaqəlidirlər. Bu klan 2008-ci ildən fəaliyyət göstərir, onun rəhbəri Natalino Palettadır.
Modern.az