Modern.az

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdələr üçün imtahan keçirir - ELAN

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdələr üçün imtahan keçirir - ELAN

Təhsil

11 Dekabr 2014, 10:28

SAT (Scholastic Aptitude Test) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, College Board saytında TQDK-nın qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129-dur.

Bildirilir ki,  ilk imtahan 2015-ci il yanvar ayının 24-də TQDK-nın test mərkəzində –Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat 2014-cü il dekabr ayının 29-dək aparılır.

Qeyd edək ki, SAT imtahanı haqqında ətraflı məlumat almaq üçün bu linkə (//sat.collegeboard.org/about-tests/sat) müraciət etmək olar. 

Qeydiyyatdan keçmək üçün link belədir: //sat.collegeboard.org/register/test-center-code-search

Həmçinin TQDK tərəfindən keçirilən SAT imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin əldə olunması haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı [email protected] elektron ünvanına müraciət etmək olar.

Məltəm TALIBZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı