IDEA İctimai Birliyin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakı şəhərinin Qaradağ rayonunda beş min sahibsiz heyvan üçün sığınacaq kompleksinin inşasına başlanıb.
Birlikdən Modern.az-a verilən xəbərə görə, qurum sahibsiz heyvanların vəziyyətinin yaxşılaşdırılmasını da mütəmadi olaraq nəzarətdə saxlayır.
Bu xüsusda IDEA İctimai Birliyi Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən sahibsiz itlər üçün nəzərdə tutulan müvəqqəti sığınacağın vəziyyətinin yaxşılaşdırılmasına yardım göstərib.
IDEA İctimai Birliyinin dəstəyi ilə sığınacaqda yerləşdirilən itləri qış aylarında soyuqdan qorumaq məqsədilə yararsız halda olan valyerlərin divarları tikilib və sözügedən sığınacağa 40 ədəd keyfiyyətli it damı təqdim edilib.


