Modern.az

Sürücülərə XƏBƏRDARLIQ: bu yol 1 həftə bağlı OLACAQ

Sürücülərə XƏBƏRDARLIQ: bu yol 1 həftə bağlı OLACAQ

Təhsil

11 Dekabr 2014, 13:15


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. 

Mərkəzdən Modern.az saytına verilən məlumata görə  Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.  

Hal-hazırda asfalt örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir). Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur.  

Təmir işlərininin 1 (bir) həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...