Modern.az

“Azərbaycanın “Eurovision-2015”dəki ifaçısı hələ müəyyənləşdirilməyib” - Rəsmi AÇIQLAMA

“Azərbaycanın “Eurovision-2015”dəki ifaçısı hələ müəyyənləşdirilməyib” - Rəsmi AÇIQLAMA

Təhsil

11 Dekabr 2014, 15:11


“Bəzi kütləvi informasiya vasitələrində Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində Makedoniya ifaçısının təmsil edəcəyi barədə yayılmış xəbər həqiqətə uyğun deyil”.

Bunu Modern.az-a Azərbaycanın “Eurovision” üzrə təşkilatçılarından olan İctimai Teleradio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

“İctimai Teleradio Yayımları Şirkəti olaraq bəyan edirik ki, hazırda “Eurovision-2015” mahnı müsabiqəsinə hazırlıq prosesi gedir və Azərbaycanı təmsil edəcək ifaçı hələ müəyyənləşdirilməyib”-deyə açıqlamada vurğulanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı