Modern.az

Rusiyada azərbaycanlını öldürən 3 soydaşımızın məhkəməsi başlayıb

Rusiyada azərbaycanlını öldürən 3 soydaşımızın məhkəməsi başlayıb

Təhsil

11 Dekabr 2014, 16:18

Rusiyanın Xakasiya Muxtar Respublikası üzrə İstintaq Komitəsi 3 nəfər azərbaycanlı barəsində ittiham hökmünü təsdiqləyib. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, Cinayət Məcəlləsinin “quldurluq məqsədilə qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunan 62 yaşlı İsrail Məhərrəm oğlu Qəmbərov, 25 yaşlı Cavid Fazil oğlu Qəmbərov və 47 yaşlı Əfqan Qərib oğlu Allahverdiyev öz həmyerliləri Teymur Zərgərovu öldürməkdə şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, 2013-cü ilin noyabr ayında Abakan şəhərində fəaliyyət göstərən “Turan” kafesinin sahibi Teymur Zərgərovun böyük məbləğdə pul saxladığını öyrənən İsrail Qəmbərov qardaşı oğlu Cavid Qəməbərov və daha 2 nəfərlə birlikdə onun evinin qarşısında pusqu qurublar. Zərgərov şəxsi maşınında evinin qarşısına gələn zaman İsaril Qəmbərov qısalüləli karabinlə onu hədələyərək pul tələb edib.  Lakin Zərgərov pulu verməkdən imtina edib və karabini Qəmbərovun əlindən almaq istəyib. Nəticədə odlu silahdan açılan atəş nəticəsindsə ağır yaralanıb. Bundan sonra cinayətkarlar cinayətin izini itirmək üçün yaralı Teymur Zərgərovu maşınına mindirərək Abakan çayının sahliinə gətiriblər və burada çaya atıblar.

Həmyerlilərini qətlə yetirdikdən sonura onun evinə qayıdan azərbaycanlılar mənzildən pul, qızıl- zinət və digər əşyalar oğurlayaraq hadisə yerini tərk ediblər.

Günahları sübuta yetierəcləciy halda, cinayətkarları 15 ildən ömürlüyə qədər həbs cəzası gözləyir.


Qətlə yetirilən Teymur Zərgərov

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı