Modern.az

Murat Boz Nizami Kino Mərkəzində çıxış edəcək

Murat Boz Nizami Kino Mərkəzində çıxış edəcək

Təhsil

11 Dekabr 2014, 14:10

Milli və xarici filmlərin qala-gecələrinin nömrə № 1 məkanı olan Nizami Kino Mərkəzində dekabrın 22-də “Hadi İnşallah” filminin qala-gecəsi keçiriləcək.

Rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya, Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına dönür. Çalmayan telefon zənglərini gözlərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşməsinə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur...

Qala-gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Qala-gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (//www.facebook.com/NizamiCinema?rf=hl)

F.Sabirqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı