Modern.az

Məzhəb davası BÖYÜYÜR: “48 saat içərisində cihada hazır olun”

Məzhəb davası BÖYÜYÜR: “48 saat içərisində cihada hazır olun”

Təhsil

11 Dekabr 2014, 20:55


İraqda şiəlik cərəyanının liderlərindən biri Muktəda əs-Sədrin cihaddan məsul köməkçisi Əbu Dua əl-İsavi bu ölkədə dini qarşıdurmanı daha da dərinləşdirəcək açıqlama verib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, o, öz liderinin yazılı bəyantını diqqətə çatdırıb.   Bəyanatda Muktəda əs-Sədr  Samirə şəhərində İŞİD terrorçularının yaratdığı təhlükəli vəziyyət səbəbindən “Sərayə Əl-İslam” milislərini cihada çağırıb:

“Bütün hazırlıqları görün, 48 saat içərində cihada hazır olun. Cihad təlimatını gözləyin”,-deyə bəyanatda bildirilib.   Qeyd edək ki, Muktəda əs-Sədrə bağlı silahlı yaraqlılar (milislər) Samirə şəhərindəki müqəddəs məbədləri qorumaq üçün b şəhərə göndəriliblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz