Ötən gün Ermənistan prezidenti Serj Sərkisyanın Qazaxıstan rəhbəri Nursultan Nazarbayevlə telefon vasitəsi ilə iki ölkə arasındakı münasibətləri müzakirə etməsi barədə yeni iddia ortaya çıxıb.
Modern.az saytının məlumatına görə Ermənistanın “Jovoxurd” qəzeti yazıb ki, əslində telefon danışığının təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir.Nəşr iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Qazaxıstan parlamentinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü təsdiqləməsi ərəfəsində iki ölkə başçısının telefon danışığının önəmini diqqətə çatdırıb:
“Həmçinin əsas məqsədlərdən biri də, Sərkisyan-Nazarbayev görüşünə razılıq almaqdır”,-deyə qəzet bildirib.
Modern.az