Modern.az

“Qarabağ”dan AvroLiqaya şərəfli vida - VİDEO

“Qarabağ”dan AvroLiqaya şərəfli vida - VİDEO

Təhsil

11 Dekabr 2014, 23:15


Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları turunda

yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxıb.     Ağdam klubu doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə  qarşılaşıb. 

Modern.az saytı xəbər verir ki, oyun qolsuz heç-heçə ilə nəticələnib.

Qurban Qurbanovun komandası qələbə qazansaydı, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi.  Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. 

Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.  Lakin “Sent Etyen” 1:0 hesabı ilə məğlub olub.  

Xatırladaq ki, İtaliyada keçirilən  ilk oyundan “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğlub olub.  


 

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı