Modern.az

Siyasi Büronun azərbaycanlı siması - FOTOLAR

Siyasi Büronun azərbaycanlı siması - FOTOLAR

Təhsil

12 Dekabr 2014, 00:15

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilərək, SSRİ-nin rəhbər vəzifələrindən birini tutub.

Heydər Əliyevin gərgin siyasi fəaliyyətinin Moskva dövrünün Kreml və Siyasi Büro tarixində özünəməxsus yeri var.

Modern.az saytı görkəmli dövlət xadiminin anım günündə məhz həmin dövrləri əks etdirən fotoları təqdim edir.


Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Kremldə iş otağında.


Leonid İliç Brejnev və Heydər Əliyev.


Heydər Əliyev və SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov.


Sovet nümayəndə heyətinin rəhbəri Heydər Əliyev Meksikada.


Yuri Andropov və Heydər Əliyev rəsmi qəbulda.


Konstantin Çernenko və Heydər Əliyev Fransa prezidenti Fransua Mitteranın SSRİ-yə rəsmi səfəri zamanı qarşılanma mərasimində.


SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov və Heydər Əliyev.


Heydər Əliyev Baykal Amur Magistralının tikintisində.


Heydər Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Le Zuan.


Mavzoley tribunası-Heydər Əliyev və Mixail Qorbaçov.


Kremlin Qurultaylar sarayında.


SSRİ rəhbərlərindən biri kimi Heydər Əliyev mətbuat konfransında.

İlham Cəmiloğlu

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı