Modern.az

ANAMA rəhbərinin oğlu özündən öncə vəfat edib - FOTO

ANAMA rəhbərinin oğlu özündən öncə vəfat edib - FOTO

Təhsil

12 Dekabr 2014, 11:16

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov ötən gecə vəfat edib. N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib.  

Modern.az saytının məlumatına görə, mərhum N.İsmayılovun oğlu da da bir neçə il öncə xəstəlikdən dünyasını dəyişib. O, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov idi. 1968-ci il təvəllüdlü diplomat Fuad İsmayılov BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdi.
Prezident Aparatında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışan F.İsmayılov 2005-ci ildən 2011-ci ilədək Azərbaycanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. O, 2011-ci ilin fevralında ağır xəstəlikdən sonra Vyanada vəfat edib, Bakıda dəfn olunub.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...