
Serbiya Milli Məclisinin sədri Maya Qoykoviç dekabrın 10-da Azərbaycana səfər edib. Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun üzvü, deputat Asim Mollazadə Modern.az-a səfərin əhəmiyyəti barədə danışıb:
“Serbiyanın xanım spikeri ilə görüş zamanı gələcəkdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bilirsiniz ki, Azərbaycan parlamentinin əməkdaşlıqla bağlı coğrafiyası genişlənir. Azərbaycan-Serbiya münasibətləri həm iqtisadi, həm də enerji sahəsi üzrə inkişaf edir. Bununla yanaşı, Serbiya dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın, ümumiyyətlə Balkan ölkələrinin enerji təhlükəsizliyi sistemində oynadığı rola görə də ikitərəfli əlaqələrin inkişafı zəruridir. Parlamentlər səviyyəsində də ikitərəfli əməkdaşlığın dəstəklənməsinə böyük ehtiyac var. Bu səfər isə ölkələr və parlamentlər arasında olan ikitərəfli əməkdaşlığın bir təzahürüdür”.
Namidə BİNGÖL