Modern.az

“Rusiya-Türkiyə yaxınlaşması Qarabağ probleminin həllinə kömək edə bilər”

 “Rusiya-Türkiyə yaxınlaşması Qarabağ probleminin həllinə kömək edə bilər”

Təhsil

12 Dekabr 2014, 12:58


Xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya-Türkiyə yaxınlaşması və onun Azərbaycana təsiri barədə danışıb. Modern.az saytının məlumatına görə XİN rəsmisi bu haqda jurnalistlərin suallarını cavablandırıb.  

Xələf Xələfov bildirib ki, Rusiya ilə Türkiyənin münasibətlərinin yaxşılaşması Azərbaycanın dövlət maraqlarına uyğundur.

O deyib ki, Türkiyə və Rusiya regionun qüdrətli dövlətidir və bu fonda iki ölkə arasındakı münasibətlərin yaxşılaşması Azərbaycan üçün də əhəmiyyətlidir.  

Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllində hansı rol oynayacağı barədə sualı isə Xələf Xələfov belə cavablandırıb:

“Bu problemin həll edilməsi hər kəsin marağındadır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir, buna görə də deyə bilərik ki, onun Türkiyə ilə yaxınlaşması Qarabağ probleminin həllində müsbət rol oynaya bilər”.  

Ulduz İbrahimova      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı