Modern.az

“Gürcü deputatlar Heydər Əliyev haqqında xoş fikirlər səsləndirib” – AÇIQLAMA

“Gürcü deputatlar Heydər Əliyev haqqında xoş fikirlər səsləndirib” – AÇIQLAMA

Təhsil

12 Dekabr 2014, 15:54


“Bu gün Gürcüstan parlamentində mərhum prezidentin anım mərasimi keçirilib. Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun deputatlarının iştirakı ilə böyük bir tədbir keçirilib”. Bunu Modern.az saytına açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov deyib.

Deputat bildirib ki, çıxış edən deputatlar Heydər Əliyev haqqında xoş təəssüratlarını bölüşüblər. Əli Məmmədov qeyd edib ki, tədbir hakim “Gürcü Arzusu” Partiyasının təşəbbüsü ilə reallaşıb.  

“Gürcü həmkarlarım Heydər Əliyev haqqında gözəl çıxışlar etdilər. Bildirdilər ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf etməsində çox böyük xidmətlər göstərib”,-deyə Əli Məmmədov söyləyib.  

Qeyd edək ki, bu Heydər Əliyevin vəfatından 11 il keçir.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı