Modern.az

Polisləri döyən azərbaycanlılara hökm oxundu

Polisləri döyən azərbaycanlılara hökm oxundu

Təhsil

12 Dekabr 2014, 16:59


Rusiyanın Voronej vilayətinin Xoxolsk rayon məhkəməsi “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmək” maddəsi ilə ittiham olunan 24 yaşlı Rusiya vətəndaşı Fərid Məmmədov və Azərbaycan vətəndaşı Vitali Nurəliyevə hökm oxuyub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vitali Nurəliyev 6 ay, Fərid Məmmədov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, 2014-cü ilin iyulunda Məmmədov və Nuriyev içkili halda Xoxolsk qəsəbəsində bir qrup gənclə mübahisə ediblər. Hadisəyə müdaxilə edən 3 polis əməkdaşı azərbaycanlıların hücumuna məruz qalıb. Nəticədə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Az sonra hər iki gənc həbs olunub. Fərid Məmmədov və Vitali Nuriyev bundan öncə də oğurluq maddəsi ilə mühakimə olunublar.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı