Fransanın nüfuzlu televiziya kanalı “France 24” AzərTAc ilə əməkdaşlıq etmək istəyir.
Bununla bağlı məsələlər “France 24” telekanalının Avropada yayım üzrə meneceri xanım Hillari Bunkerlə AzərTAc-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.Baş direktor Azərbaycanla Fransa arasında genişlənən əməkdaşlıq, qarşılıqlı mədəni layihələr, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, AzərTAc-ın keçdiyi yol, agentliyin xarici əlaqələri, dünya mediasındakı rolu barədə ətraflı məlumat verdi.
Görüşdə videoxəbər, informasiya və təcrübə mübadiləsi ilə bağlı ikitərəfli əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıldı. Gələcəkdə həm AzərTAc-da, həm də “France 24” telekanalında qarşılıqlı treninqlərin keçirilməsi barədə təkliflər səsləndi.
AzərTAc-ın “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı informasiyalarının “France 24” ilə yayımlanması, həmçinin hər iki media orqanının internet səhifələrində bannerlərin yerləşdirilməsi imkanları nəzərdən keçirildi.
Modern.az