Modern.az

Azərbaycanlı futbolçu Almaniya "Ayntraxt"ı ilə müqavilə bağladı

Azərbaycanlı futbolçu Almaniya "Ayntraxt"ı ilə müqavilə bağladı

Təhsil

13 Dekabr 2014, 14:18


Azərbaycanlı futbolçu, "Neftçi"nin və milli komandamızın gənc qapıçısı Emil Balayev Almaniya bundesliqasında çıxış edən “Ayntraxt” klubu ilə müqavilə imzalayıb.

Modern.az saytı xəbər verir ki, bu haqda məlumatı Emil Balayevin mənsub olduğu "Neftçi" klubu yayıb. Məlumata görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev bundan sonra “Ayntraxt”ın şərəfini qoruyacaq.

Gənc qapıçı dekabrın 14-də “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı 8-ci km qəsəbə stadionunun mətbuat zalında təşkil olunacaq və saat 15:30-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı