Modern.az

Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının büro iclası keçirilib

Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının büro iclası keçirilib

Təhsil

13 Dekabr 2014, 15:45


Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının Bakıda dekabrın 14-dək davam edəcək büro iclasında atçılığın inkişafı məsələləri, eləcə də təşkilati məsələlər müzakirə olunacaq. Modern.az xəbər verir ki, iclasda Beynəlxalq Atçılıq Federasiyanın 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaq iştirak edir.

Bakıdakı iclasda iştirak edən Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, İordaniya şahzadəsi Həyya Bint əl-Hüseyn Azərbaycana ilk dəfə dörd il əvvəl səfəri çərçivəsində prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdüyünü  xatırladıb. Beynəlxalq Atçılıq Federasiyasnın prezidenti idmana göstərdikləri dəstəyə görə ölkə prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Və Baş Assambleyanın iclasının uğurlu təşkilinə görə Azərbaycan Atçılıq Federasiyasını təbrik edib. Xanım Haya Bint əl-Hüseyn Azərbaycanda at yarışlarının qədim tarixi olduğunu və hazırda da bu ənənənin davam etdiyini və çaparların yarışının təşkil edildiyini deyib.  Büro iclası dekabrın 14-ə ilin ən yaxçı idmançısı, məşqçisi, mehtəri, komandanı, gənc idmançısı kimi nominasiyalar üzrə təltifetmə mərasimi ilə başa çatacaq. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı