Modern.az

Gülən camaatına aparılan əməliyyatların SƏBƏBİ: “Tahşiyeciler”

Gülən camaatına aparılan əməliyyatların SƏBƏBİ: “Tahşiyeciler”

Təhsil

14 Dekabr 2014, 15:20


Bu gün Türkiyədə “paralel yapı”ya qarşı aparılan əməliyyatların səbəbi bilinib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisin Gülən camaatına qarşı apardığı əməliyyatlar 2010-cu ildə təşkil olunan “Tahşiyeciler” əməliyyatlarını da əhatə edir.

Bəzi şübhəli şəxslərin film vasitəsi ilə “Tahşiyeciler” haqqında dəlil uydurduqları iddia edilir. 

İstanbul Baş Prokuroruluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun prokuroru  Həsən Yılmaz tərəfindən aparılan təhqiqat çərçivəsində bir neçə şəxs barəsində həbs qərarı çıxarılıb.  

Qeyd edək ki, əməliyyat çərçivəsində 5-i polis əməkdaşı olmaqla, tanınmış jurnalistlər, o cümlədən “Saman yolu” televiziyasının və  “Zaman” qəzetinin rəhbərliyi də saxlanılıblar. Ümumilikdə 37 nəfər barəsində həbs qərarı çıxarıldığı bildirilir.

Məlumat üçün deyək ki, 2010-cu ildə  İstanbul Əmniyyət Müdirliyi tərəfindən “Tahşiyeciler” olaraq tanınan şəxslərə qarşı əməliyyat aparılıb. Bu əməliyyat zamanı qruplaşmanın liderlərindən biri Mehmet Doğan başda olmaqla 11 nəfər həbs edilmişdi. Mehmet Doğan isə 17 ay həbsdə qaldıqdan sonra azad olunub. O, “Molla Məhəmməd” ləqəbi ilə tanınır. Mehmet Doğanın Fətulla Gülənin bəzi fikirlərinə qarşı çıxdığı iddia edilib.

Əvvəllər həmin əməliyyatın “Əl-Qaidə” üzvlərinə qarşı keçirildiyi qeyd olunurdu. 2010-cu ilin 22 yanvarında  aparılan əməliyyatda “Əl-Qaidə”yə bağlı olmaqda şübhəli bilinən 122 nəfər həbs edilib. Lakin məhkəmə həbs edilən bütün şübhəlilərin azadlığa çıxması barəsində hökm oxuyub.

Bundan sonra hörgüt evlərində 2 ədəd əl bombası və digər silah-sursat tapılıb. Bu haqda qızğın müzakirələrin getdiyi bir zamanda isə  belə bir iddia ortaya atıldı ki, həmin əməliyyat əslində “Əl-Qaidə”yə qarşı deyil, “Taşhiyeciler”ə qarşı təşkil olunub.

“Tahşiyeciler”in  də təməlində nurçuluq dini cərəyanının təməl prinsipləri dayanır. Ancaq dinlərarası dialoq məsələsində “Tahşiyeciler”in Fətulla Gülənlə fikir ayrılıqlarının mövcud olduğu bildirilir.     

Aqşin Kərimov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı