Modern.az

“Müsavat Partiyasının mitinqində 400 nəfər iştirak edib” – FOTOLAR

“Müsavat Partiyasının mitinqində 400 nəfər iştirak edib” – FOTOLAR

Təhsil

14 Dekabr 2014, 20:15

Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında bu gün mitinq keçirib.   

Modern.az saytının məlumatına görə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab vermişdi. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavata göndərdiyi məktubda partiyanın müraciətinin araşdırıldığı və mitinqə razılıq verildiyi bildirilmişdi.     

Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi aksiya keçirməsi ilə bağlı məlumat yayıb.

Məlumata görə  dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15:00-dan 16:00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib",-deyə məlumatda bildirilib.

Mitinq "Məhsul" stadionunda baş tutub.

Modern.az

     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı