Modern.az

“İlin sonunda Prezidentin əfv sərəncamı imzalayacağını gözləyirik”

“İlin sonunda Prezidentin əfv sərəncamı imzalayacağını gözləyirik”

Təhsil

15 Dekabr 2014, 11:19


“Biz ümid edirik ki, böyük ehtimalla cənab prezident İlham Əliyev hər il olduğu kimi, bu ilin sonunda da əfv sərəncamı imzalayacaq”.

Bu sözləri Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Çingiz Qənizadə bildirib.

“İnanırıq ki, dekabr ayının sonlarında prezident humanizm nümayiş etdirəcək və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv fərmanı imzalayacaq. Biz bunu gözləyirik, arzulayırıq, ümid edirik. Və inanırıq ki, ümidlərimiz mütləq doğrulacaq”.

Əfv oluna biləcək məhkumların təxmini sayına gəlincə, komissiya üzvü bu barədə danışmağın tez oldğunu deyib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...