Modern.az

Partiya sədrindən maraqlı AÇIQLAMA: "Mitinqləri QHT-lər zəiflədir”

Partiya sədrindən maraqlı AÇIQLAMA: "Mitinqləri QHT-lər zəiflədir”

Təhsil

15 Dekabr 2014, 11:20


Azərbaycanda son illərdə müxalifətin mitinqlərində olduqca az adam iştirak edir. İstər Milli Şuranın, istərsə də digər müxalif müxalifətin digər aparıcı təşkilatı olan Müsavat Partiyasının mitinqlərində hakimiyyətdən narazı iştirakçıların sayı yetərli olmur.

Bunun səbəbləri barədə  bir zamanlar özü də kütləvi aksiyaların iştirakçısı, ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına danışıb. Partiya lideri hesab edir ki, mitinqin təşkilatçılarının aktivliyi ilə yanaşı xalqın da bu proseslərdə fəal olması lazımdır. Onun sözlərinə görə partiyaların, siyasi təşkilatların sosial bazasından sifariş gəlmirsə, mitinqlərin təşkil edilməsi düzgün deyil. “Bütün dünyada qəbul edilib ki, siyasi partiyalar olmadan belə, xalqda tələbat yaranırsa, minlərlə insan özü aksiya keçirəcək. Bununla bağlı çoxlu sayda nümunə demək olar”,-deyə Sərdar Cəlaloğlu bildirib.  

ADP rəhbərini fikrincə, mitinqlərə onu təşkil edənlərin tələbləri baxımından yanaşılması Azərbaycan müxalifətinin yanlış cəhətlərindən biridir. Sərdar Cəlaloğlu bildirib ki, mitinqlərin zəif olmasının digər səbəblərindən biri də, Azərbaycanda vətəndaş institutlarına qarşı aparılan siyasətlə bağlı cəmiyyətin özündə ciddi narazılığın olmamağıdır.

“Bunun da bir əsas təqsirkarı elə həmin qeyri-hökumət təşkilatlarıdır. Vətəndaş institutları partiyadan fərqli olaraq cəmiyyətlə daha çox təmasda olmalıdır. Amma biz müşahidə edirik ki, Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun nümayəndələrindən heç on nəfər mitinqə çıxmır. İntiqam Əliyev Avropa Məhkəməsində və yerli məhkəmələrdə  yüzlərlə Azərbaycan vətəndaşının hüquqlarını müdafiə edib. Əgər lazımi təmaslar qurulsaydı, bu gün İntiqam Əliyevin hüquqlarının qorunması üçün minlərlə adam aksiya keçirərdi”.  

ADP sədri onu da söyləyib ki, mitinqlə bağlı xalq arasında ciddi təbliğat işləri aparmaq lazımdır.  

Qeyd edək ki, ötən gün Müsavat Partiyası “Məhsul” stadionunda icazəli mitinq keçirib. Lakin aksiyada əvvəlki illərə nisbətən iştirakçıların sayının çox az olması diqqət çəkib.  

Aqşin Kərimov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı