Modern.az

Polisi 1,5 kilometr sürüdü - VİDEO

Polisi 1,5 kilometr sürüdü - VİDEO

Təhsil

15 Dekabr 2014, 11:32

Rusiyanın Yekaterinburq şəhərində tragikomik hadisə yşanaıb. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, şəhərin Orconikidze rayonunda yol hərəkət qaydalarını pozan sürücünün sənədlərini yoxlayan yol polisi gözlənilmədən maşının onun üzərinə gəldiyini görüb.

Belə ki, cərimə ödəmək istəyəmən sürücü maşını polisin üzərinə sürüb. Lakin  yüksək fiziki hazırlığı olan 26 yaşlı polis çavuşu Sergey Ryabkov üzərinə gələn maşının kapotundan tutaraq bu vəziyyətdə 1,5 kilometr yol gedib.

Yekaterinburqun çıxışında polisi kapotdan sala bilən sürücü gizlənmək istəsə də, həmkarının köməyinə gələn digər yol polisləri tərəfindən saxlanılıb. Qanun pozucusunun 1983-cü il təvəllüdlü işsiz Denis Şaxayev olduğu aydınlaşıb.

Avtomobilin üzərində xeyli yol gedən  Sergey Ryabkov isə ayağından yüngül xəsarət almaqla canını qurtarıb. Modern.az insidentin qısa videosunu təqdim edir.  



Vüqar İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı