Modern.az

Dövlət Neft Şirkətinin işçisi dənizə yıxılıb öldü

Dövlət Neft Şirkətinin işçisi dənizə yıxılıb öldü

Təhsil

15 Dekabr 2014, 13:03

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 4 saylı Tikinti quraşdırma idarəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru Məhərrəmov Simran Qarakişi oğlu vəfat edib.

Bu barədə Modern.az-a Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

O, dekabrın 14-də saat 10:30 radələrində “Neft Daşları” ilə Civanov adası - 1741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılmış işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanıb və müvazinətini itirərək dənizə düşüb. Əynində xilasedici gödəkcə olduğuna görə suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub. “Neft Daşları” tibbi sanitar hissəsinin həkimləri tərəfindən onun ürək tutmasından vəfat etdiyi bildirib. Onun meyiti vertolyotla sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tibbi ekspertizasına aparılıb. Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə mərhum ürək çatışmazlığından vəfat edib.

Gülşən RAUFQIZI                       

                           

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı