Modern.az

Azərbaycanda bədbəxt hadisədən 5 nəfər ölüb

Azərbaycanda bədbəxt hadisədən 5 nəfər ölüb

Təhsil

15 Dekabr 2014, 13:40

Dekabrın 14-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində 55-60 yaşılı Lyona adlı şəxs dəm qazından zəhərlənərək ölüb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də saat 10 radələrində Bakı şəhər sakini Simran Məhərrəmov Pirallahı rayonunda Neft Daşlarının 4 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus meydançada təmir işləri aparan zaman halı pisləşdiyindən dənizə yıxılaraq suda boğulub. Həmin gün Abşeron rayonunun Mehdiabad qəsəbəsində Köçəri Məmmədov evində ehtiyatsızlığı nəticəsində kimyəvi məhlul içərək ölüb. Dekabrın 14-də Qusar rayonunun Uzun-tala adlanan ərazisində rayon sakini Rza Vələdov “KONVAA-470” markalı traktoru arxaya verərkən rayon sakini Bəhruz Əmirquluyevi vurub və nəticədə piyada hadisə yerində keçinib.

Dekabrın 13-də Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən istirahət parkında şəhər sakini İlham Həsənov sərxoş vəziyyətdə yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən İlham Həsənov dekabrın 14-də dünyasını dəyişib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı