Modern.az

“Ukraynaya baxanda Türkiyə yadıma düşür”

“Ukraynaya baxanda Türkiyə yadıma düşür”

Təhsil

15 Dekabr 2014, 14:14


Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna böhranı və onun səbəbləri barədə geniş məqalə yazıb. Modern.az saytının məlumatına görə baş nazir bu barədə “Nezavisimaya Qazeta” nəşrində böyük həcmli məqalə ilə çıxış edib. “Rusiya və Ukrayna: yeni qaydalar üzrə həyat” adlı yazıda Dmitri Medvedev Ukraynaya Türkiyəni nümunə göstərib.

Rusiyanın baş naziri yazıb ki, Ukrayna heç bir zaman Avropa Birliyinə üzv olmayacaq: “Ukrayna nə vaxt Avropa Birliyinə girəcək? Türkiyədən sonra. Bəs Türkiyə nə zaman Avropa Birliyinin üzvü olacaq? Heç bir vaxt”,-deyə Medvedev bildirib.  

Rusiyanın hökumət başçısı vurğulayıb ki, Türkiyə 51 il bundan qabaq Avropa Birliyi ilə saziş imzalasa da, hələ də bu təşkilata daxil ola bilməyib.

Onun sözlərinə görə Ukrayna bu proseslərdən karlı çıxmayacaq: “Bir il öncə Rusiya ilə Ukraynanın bir-birinə düşmən olacağını kim mənə desəydi, ona inanmazdım. Amma bu, belə oldu. Kiyevdəki indiki hakimiyyətə Avropa Birliyi heç bir skamya vermədən onları kənarda oturtduracaq. Ukraynaya baxanda ağlıma Türkiyə gəlir. Türkiyə hələ də Avropa Birliyinə üzv ola bilmir. Bundan sonra kimsə Ukraynaya yardım əlini uzatmayacaq. Qərbin Kiyevə edəcəyi yardım sadəcə Ukraynanın ölmədən ayaqda qala bilməsi üçün olacaq”,-deyə Medvedev yazıb.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı