Modern.az

Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxarıb

Mirqafar Seyidov 5 idarə rəisini işdən çıxarıb

Təhsil

15 Dekabr 2014, 14:40


Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb. APA-nın məlumatına görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun  imzaladığı müvafiq əmrlərlə BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...