Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində 28 nəfər azərbaycanlını qanunsuz olaraq mənzilində qeydiyyatdan keçirən şəhər sakini mühakimə oulnub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladiqafqazda yaşayan Regina Mahmudova miqrasiya qanunverciliyini pozduğuna və mənzilində heç zaman yaşamamış 28 nəfər Azərbaycan vətəndaşını saxta yollarla mənzilində qeydiyyatdan keçirdiyinə görə 100 min rubl məbləğində cərimə olunub.
Rusiya ərazsində qanunusz yolla leqallaşmaq istəyən azərbaycanlıların isə yaxın vaxtlarda deportasiya olunması gözlənilir.
Vüqar İsmayılov