Modern.az

Qarabağa qanunsuz turizm səfəri təşkil edən şirkət barədə tədbir görüldü

Qarabağa qanunsuz turizm səfəri təşkil edən şirkət barədə tədbir görüldü

Təhsil

15 Dekabr 2014, 15:51

Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülüb.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb.

“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı