Modern.az

Fuad Muradov uşaqlar üçün yeni il düşərgəsi təşkil edib - FOTO

Fuad Muradov uşaqlar üçün yeni il düşərgəsi təşkil edib - FOTO

Təhsil

15 Dekabr 2014, 15:54

Milli Məclisin deputatı Fuad Muradov təmsil etdiyi Səbail rayonunun  orta məktəblərində təhsil alan uşaqlar üçün yeni il münasibəti ilə düşərgə  təşkil edib. Modern.az xəbər verir ki, dekabrın 12-dən 14-dək davam edən düşərgəyə Səbail rayonunun orta məktəblərində təhsil alan 30 nəfər şagird qatılıb.

Düşərgənin əsas məqsədi yeni il ərəfəsində gənclərə asudə vaxtın səmərəli təşkili üçün şərait yaratmaq və aktual mövzular haqqında müzakirə lər aparmaqdır. Uşaqlar asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif oyunlar, intellektual yarışmalar  keçiriblər. Düşərgə iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Deputat Fuad Muradov uşaqlara prezident İlham Əliyev tərəfindən yürüdlüən siyasət, təhsil sahəsində aparalan işlər , gənclər siyasətinin hədəfləri barədə danışıb. 

Düşərgə çərçivəsində deputatın iştirakı ilə futbol yarışı keçirlib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı