Böyük Britaniyada xüsusi olaraq müsəlmanlar üçün nəzərdə tutulan kuklaların satışına başlanılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İslam dini normalarını pozmamaq üçün kuklanın üzü görünmür və onun başı hicabla örtülür. Belə kuklaların qiyməti 25 ingilis funtu, yaxud 40 dollar təşkil edir.
Oyuncağın müəllifinin müsəlman məktəblərindən birinin Ridvana adlı müəlliməsi olduğu bildirilir. O, müsəlmanlar üçün nəzərdə tutulan oyuncaqların az olması ilə bağlı valideynlərin şikayətindən sonra bu addımı atdığını bildirib. Gələcəkdə Ridvana uşaqların dini təhsilinə həsr olunmuş kitab da yazmaq niyyətindədir: “Dini normalara əsasən, sifətin hər hansı təsiri qadağandır. Bu qadağa rəssamlı, heykəltaraşlıq və kuklalara aiddir”.


Modern.az