Modern.az

Bakıda Seyd Cəfər Pişəvərinin məzarı ziyarət olundu

Bakıda Seyd Cəfər Pişəvərinin məzarı ziyarət olundu

Təhsil

15 Dekabr 2014, 15:45


Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 69-ci ildönümü münasibətilə Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edib. 

Bu həftə 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökümətin qurulmasından 69-il ötdü. Bu şanlı tarixmizin qeyd edilməsiylə bağlı, Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin təşəbüsüilə 13.12.2014-ci il tarixində saat 12 00 da 1945-46 ci ildə Güney Azərbaycanda qurulan milli hökümətin banisi Seyyid Cəfər Pişəvərinin Bakıda Fəxri xiyabanda məzarı ziyarət olundu və mərhümun xatirəsi hörmətlə yad edildi,Mrasımi giriş sözü ilə açan MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli tədbirə dəvətlərini qəbu edib qatıldıqlarına görə MDHP Sədri Millət Fərəc Quliyevin təşəkürünü çatdıraraq əlavə etdi ki,mərhum öndərimiz Seyid Cəfər Pişəvəri və onuun silahdaşlarının min bir əziyyətlə qurduqları milli hökümət həqiqi mənada xalqın iradəsinin və müstəqilliyə olan sevgisin və parçalanmış bir millətin bütövlük uğrunda apardı mücadilənın nəticəsidi lakin nə ozaman nədə inidi anti Türk güclər bölgədə güclü bir Türk dövlətinin yaranmasına qarşı bütün vasitələrdən istifadə edirlər.

Sonra söz Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan şöbəsinin rəhbəri Doktor Əkrəm Rəhimiliyə verilidi bu sahədə uzun illərdən bəri geniş tədqiqatlar aparan Əkrəm məllim Milli Hökümətin Güney Azərbaycanda bir il müddətinə xidmətləri və məğlubiyyət səbəbləri haqda çıxış etdi.
Mərasimdə MDHP rəhbərliyindən Həbib Ələkbərsoy,Şakir Ağayev,Niftalı Göyçəli, DAK rəhbərliyindən Əjdər Təqizadə,Siyavuş Mustafayev,Ümüd Partiyasının Güney Azərbaycan məsələləri üzrə sədr müvini Rüfət Muradlı,Asif Ata Ocağının nümayəndəsi İşıqlı Atalı,Güney Azərbaycan Dsemoktrat Patrtiyasının sözçüsü Mahmud Bilgin,AMEA-an Babək Xalistürk,Yədulla Nəmini,ADU-an Məhəmməd Teymurlu, ölkəmizin ictimai –siyasi simaları, ,digər siyasi və ictimai təşkilatların nümayəndələri,ziyalılar və Bakıda yaşayan Güneyli siyasi mühacirlər iştirak və çıxış etdilər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı