Modern.az

Fərəc Quliyev: “Biz özünü radikal adlandıranlardan fərqli olaraq, müxalifətik”

Fərəc Quliyev: “Biz özünü radikal adlandıranlardan fərqli olaraq, müxalifətik”

15 Dekabr 2014, 16:55


“Müxalifətlə iqtidarın görüşü gələcək toplantılar üçün çox böyük bir zəmin yaradıb”. Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

F. Quliyev bildirib ki, bu görüşlərin fəlsəfəsi Azərbaycanın milli maraqlarını birgə qorumaqdan keçir: “Yəni, kimin harada olmasından asılı olmayaraq, belə görüşlər dövlətin imunutetinin artırılmasına xidmət edir. Hakimiyyətə müxalifətdə olmaq, dövlətə müxalifət olmaq deyil. Bəzən bunu qarışdırırlar. Biz özünü radikal adlandıranlardan fərqli olaraq müxalifətik. Biz hakimiyyətə qarşı müxalifətdəyik, dövlətə qarşı yox”.

F. Quliyev deyib ki, iqtidar nümayəndələri və bir qrup müxalifyönlü siyasi partiya sədrlərinin iştirakı ilə keçirilən görüşdə dövlət maraqlarını müdafiə etmək üçün ortaq davranışlar müzakirə olunub: “Həmçinin, biz görüşdə müxalifətin gerçək şəkildə inkişaf etməsi üçün təkliflərimizi verdik. Bu təkliflər hakimiyyət nümayəndələri tərəfindən də çox müsbət qarşılandı. Hesab edirəm ki, gələcəkdə predmetlər ətrafında müəyyən fikirləri bölüşmək, onları hazırlamaq üçün işçi qruplarının fəaliyyəti və normal bir dialoqun aparılması, Azərbaycanda çoxpartiyalı sistemin inkişafı, meydanlardan fikirlərin parlamentə daşınması, idarəetmədə müxalifətin inkişafı üçün bu çox ciddi bir zəmindir”. 

Elvin Abdulqədirov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı