Modern.az

“Heç bir alim Qarabağın Ermənistan ərazisi oldğunu sübut edə bilməz” - Gürcü politoloq

“Heç bir alim Qarabağın Ermənistan ərazisi oldğunu sübut edə bilməz” - Gürcü politoloq

Təhsil

15 Dekabr 2014, 17:35

“Tarixi planda, nəinki heç bir erməni alimi və tarixçisi,  hətta dünyada belə elə bir alim ola bilməz ki, Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu sübut edə bilsin. Erməni alimləri qondarma, saxta faktlar tapmaqla işğalçılıq siyasətlərinə don geyindirmək istəyirlər, bunda da xarici havadarlarının köməyindən istifadə edirlər. Amma onlar buna nail ola bilmirlər. Azərbaycan qədim Alban dövlətinin siyasi və hüquqi varisidir və hazırda Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilər də Azərbaycanındır. Bu bir tarixi faktdır”.

Bu sözləri Modern.az-a tanınmış gürcü politoluqu, tarixçi alim Quram Merxuliya söyləyib.

Q.Merxuliya deyib: “Hamıya məlumdur ki, Ermənistan dövləti 1918-ci ildə Azərbaycan və Gürcüstan ərazilərində xarici dövlətlərin dəstəyi və təzyiqi ilə yaradılıb. Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ mövcud olanda heç Ermənistanın adı belə olmayıb. Ermənilər bu faktları ört-basdır etməklə diqqəti yayındırmağa çalışırlar. Amma hesab edirəm ki, onlar buna nail ola bilməyəcəklər”.

Politoloq bildirib ki, əslində Azərbaycan torpaqlarını Ermənistan təkbaşına işğal edə bilməzdi. Yalnız xarici havadarlarının fitvası və dəstəyi ilə onlar Azərbaycan torpaqlarını işğal ediblər. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan öz ərazisini Rusiyanın ixtiyarına verdi. Bununla da Azərbaycan torpaqlarını işğal etmək üçün əlavə silah və qüvvə aldı. Ermənistan təkcə Rusiyadan deyil, başqa dövlətlərdən də dəstək aldı və əslində, bununla özlərini çıxılmaz, asılı  vəziyyətə qoyublar.

“Bu gün xarici dövlətlərin əlində təzyiq vasitəsinə çevrilən Ermənistan əslində özünü pis vəziyyətdə qoyub. Baxın, diqqət edin, Azərbaycan və Gürcüstan hər ikisi işğaldan əziyyət çəkən ölkələrdir. Buna baxmayaraq hər iki ölkə inkişaf edir. Birgə regional və qlobal layihələrdə iştirak edirlər. Bizimlə müqayisədə Azərbaycan daha çox inkişaf edib. Ermənistan dövləti isə özünü hər şeydən məhrum edib. Düşünürəm ki, bu da uzun sürməyəcək. Tezliklə Ermənistan geri çəkiləcək və işğal etdikləri torpaqları azad edəcək. Onlar uduzduqlarını nə qədər tez başa düşsələr bir o qədər də onlara xeyirdir. Onsuzda Azərbaycan, eləcə də  Gürcüstan öz ərazi bütövlüklərini bərpa edəcəklər və bu gün uzaqda deyil” – deyə, Merxuliya vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı