Modern.az

Rauf Mirqədirov məhkəmədə aldadılıb - Vəkil

Rauf Mirqədirov məhkəmədə aldadılıb - Vəkil

Təhsil

15 Dekabr 2014, 18:20

“Bu gün Rauf Mirqədirovla növbəti görüşümüz oldu. Ümumi müzakirələr aparıldı. Hazırda onun səhhəti normaldır, amma təzyiqi tez-tez qalxıb-düşür”.

Bu barədə Modern.az-a Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.

O bildirib ki, Rauf Mirqədriovun növbəti dəfə həbs müddətinin uzadılması zamanı baş verənlərə reaksiyası mənfi olub:

“O, həmin məhkəmədə iştirak edib və təyin olunan “vəkil”ə də etirazını bildirib. Mənim, yaxud Fuad Ağayevin prosesdə iştirakını tələb edib. Lakin Rauf Mirqədirova məhkəmədə “vəkillərinlə əlaqə saxlamaq mümkün olmayıb” deyilib. Bu zaman Rauf müəllim təkid edib ki, vəkillərilə telefon əlaqəsi yaradılsın. Onu da təmin etməyiblər. O, hakimdən vəkillərə göndərilən bildirişin təqdim olunmasını tələb edib. Həmin məhkəmədə Rauf Mirqədirov aldadılıb. Ona təyin olunan vəkildən imtina edib. Eyni zamanda məhkəmənin təxirə salınmasını istəyib. Bu da təyin olunmayıb”.

Vəkilin sözlərinə görə, məhkəmə prosesinin nəticəsindən verdikləri şikayət ərizəsinə baxılmayıb: “Ümid yerimiz Avropa Məhkəməsinədir”.

Vəkil qeyd edib ki, hələ də jurnalistin vəkillərindən başqa kiminləsə görüşünə, eyni zamanda müxalifət qəzetlərilə təmin olunmasına icazə verilmir.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı