Modern.az

“Sərsəng su anbarı fəlakət mənbəyinə çevrilib” – AÇIQLAMA

“Sərsəng su anbarı fəlakət mənbəyinə çevrilib” – AÇIQLAMA

Təhsil

15 Dekabr 2014, 20:50


Xarici işlər naziri Avropa Şurasının Parlament Assambleyasının “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi” Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ən böyük problemin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan Nazir Elmar Məmmədyarov Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini bildirib.

Milisa Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı və Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd edib. 

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı