Modern.az

Ərdoğan: “Siz bunları hardan bilirsiniz?”

Ərdoğan: “Siz bunları hardan bilirsiniz?”

Təhsil

15 Dekabr 2014, 21:50

 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də İstanbul polisinin Gülən camaatınsa qarşı apardığı əməliyyatlara münasibət bildirib.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə Ərdoğan bu barədə belə danışıb:   “Günlərdir bəzilərinin televiziya ekranlarından, qəzet səhifələrindən hönkürhönkür ağladıqlarını görürsünüz. Onlar deyir ki, filan qədər adam həbs olundu, filan qədər həbs ediləcək. Bəs siz hörgüt deyildiniz? Görürsünüz xəbərlər necə yayılır? Siz hörgüt olmasanız bunları hardan biləcəksiniz? Bunu bildikləri üçün bəziləri evlərində deyil, qəzet redaksiyasında gözləməyə başladılar. Niyə? Çünki fikirləşdilər ki, onları ordan heç kim götürə bilməz. Bəzi ölkələrin media quruluşları da bunların gözşaşlarını məsum gözyaşı kimi xarakterizə etməyin dərdindədirlər”.  

Türkiyə prezidenti Avropa Birliyi və ABŞ-ın “paralel yapı” əməliyyatlarına görə rəsmi Ankaranı ittiham etməsini də şərh edib. Ərdoğn bildirib ki, onların belə müdaxilə etməkdənsə, öz ölkələrindəki insan hüquqları ilə bağlı vəziyyəti araşdırsalar, daha yaxşı olar.  

Qeyd edək ki, Gülən camaatına qarşı aparılan “paralel yapı” əməliyyatları çərçivəsində “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” TV-nin yayın qrupu başqanı Hidayət Karaca həbs edilib. Bununla yanaşı, digər jurnalistlər, polis əməkdaşları da saxlanılıb.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı