Modern.az

“Buna görə Ərdoğana sağ ol düşür” – ŞƏRH

“Buna görə Ərdoğana sağ ol düşür” – ŞƏRH

Təhsil

15 Dekabr 2014, 23:52

“Türkiyədə baş verən son həbslər, yeni çevriliş planları bəhanəsi altında həyata keçirilən əməliyyatlar Ərdoğan hakimiyyətini dünya ilə üz-üzə qoyur və Türkiyəyə qarşı təzyiqlər çox güclənəcək. Türkiyənin Avropa Birliyinə gedən yolu bağlanır. O biri tərəfdən baş nazir Əhməd Davudoğlu deyir ki, Avropa Birliyində üzvlük strateji məqsədimizdir”.

Modern.az saytının məlumatına görə bunu Türkiyədə “paralel yapı”ya qarşı aparılan əməliyyatları şərh edən “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev bildirib. Ekspertin sözlərinə görə Türkiyə, həqiqətən demokratik anlamda geriyə addımlar atır.

Analtik Rəcəb Tayyib Ərdoğanın Türkiyəni dünyanın 17-ci iqtisadiyyatına, onu lider dövlətə çevirə bilməsinin də bir fakt olduğunu xatırladıb.  

"Buna görə sağ ol düşür. Lakin, demokratiya və mətbuat, söz azadlığı da elə iqtisadiyyat qədər vacibdir”, Razi Nurullayev hesab edir ki, bundan sonra,  Ərdoğan üçün dünya ilə "savaşmaq" çətin olacaq. Siyasətşünas proseslərin Azərbaycana təsiri məsələsini isə belə dəyərləndirib:

“Pusquda gözləyən və Türkiyəyə badalağ atıb yıxmaq istəyən Ərəb dövlətləri və İsrail var. Azərbaycan üçün də Türkiyənin bu yöndə inkişafı ürəkaçan deyil. Çünki, Azərbaycan üçün əsas Türkiyə modeli götürülürdü. Bu model isə həm siyasi məqsəd və dinə baxış acısından daha model ola bilməz. Təəssüflər”.  

Qeyd edək ki, Türkiyədə Fətullah Gülənə bağlı media quruluşlarının “paralel hökumət”in təmsilçiləri olduqları iddia edilər və onlara qarşı əməliyyat keçirilib.  

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı