Modern.az

Milli Məclisin iclasında deputatların xarici dillərdə danışmamağı təklif olundu

Milli Məclisin iclasında deputatların xarici dillərdə danışmamağı təklif olundu

Təhsil

16 Dekabr 2014, 12:23

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Modern.az saytının məlumatına görə Milli Məclisin bu günkü iclasında 30 məsələ gündəlikdə durur.

İclasda çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı məsələsinə toxunub. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən nümayəndə heyəti Azərbaycan dilində çıxış etməlidir.

“Düzdür, bəzi deputatlar ingilis və digər xarici dilləri bilir. Amma biz öz dilimizdə çıxış etsək, daha yaxşı olar. Buna görə tərcüməçi lazımdır ki, bizim dildən başqa dilə çevirsin. Təklif edirəm ki, gələn ilin dövlət büdcəsində bu məsələ nəzərə alınsın”,-deyə Musa Quliyev bildirib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı