Modern.az

“İndi Amerikada qara dərililərin soyqırımı gedir”

“İndi Amerikada qara dərililərin soyqırımı gedir”

Təhsil

16 Dekabr 2014, 12:42


Milli Məclisin bu günkü iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov növbəti dəfə ABŞ haqqında tənqidi fikirlər səsləndirib. Modern.az saytı xəbər verir ki, YAP rəsmisi ABŞ Konqresinin 6 min səhifəlik işgəncə hesabatına diqqət yönəldib.

Siyavuş Novruzov bildirib ki, ABŞ demokratiya, söz azadlığının təmin olunmasının adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə edir. “Bəs niyə görə ABŞ məhkumlara işkəncə verən şəxsləri cinayət məsuliyyətinə cəlb etmir? ABŞ okeanın o tayından gəlib, terrorçu axtrarmaq adı ilə Əfqanıstana, İraqa müdaxilə etdi. Məqsəd isə bəllidir. Azərbaycan isə öz təhlükəsizliyi naminə addımlar atanda ABŞ bunu tənqid etməyə başlayır”,-deyə deputat söyləyib.

Deputat onu da qeyd edib ki, ABŞ-da qaradərililərə qarşı soyqırımı siyasəti aparılır: “Əvvəllər Milad bayramında ABŞ-da hinduşkaların soyqırımı olurdu. İndi isə qaradərililərin soyqırımı aparılır”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı